Azərbaycanda yeddi rayonun icra başçısı yoxdur

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda yeddi rayonun icra başçısı yoxdur

Siyasət

30 Avqust 2021 11:23 3265


Hazırda Azərbaycanda yeddi rayonun icra başçısı vəzifəsi boşdur.

Yenisabah.az xəbər verir ki, modern.az-ın məlumatına görə, sonuncu dəfə avqustun 9-da Prezident İlham Əliyevin imzaladığı sərəncamla Həbib Hüseyn oğlu İbrahimov Naxçıvan Muxtar Respublikasının Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Hələlik onun yerinə təynat yoxdur.

İcra başçısı olmayan rayonlardan biri Bakı şəhərinin Nizami rayonudur. Ölkə başçısının ötən ilin iyulun 11-də imzaladığı sərəncama əsasən, Arif Adil oğlu Qasımov Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub.  Sezar pizza

Həmçinin, 2020-ci il dekabrın 8-də Namiq Rəsul oğlu Zeynalov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən, mayın 22-də Arif Akif oğlu Seyidov Göygöl Rayon İcra Hakimiyyətinin başçısı postundan, avqustun 20-də Ceyhun Fərrux oğlu Cəfərov Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən, 2021-ci il aprelin 27-də Alimpaşa Adil oğlu Məmmədov Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad ediliblər. 

Bundan başqa cari ilin aprelin 29-da Rövşən Elmidar oğlu Bağırov Lerik Rayon İcra Hakimiyyətinin başçısı postundan azad olunub. Prezidentin digər sərəncamı ilə Rövşən Bağırov Ağsu Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Hazırda Lerik Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsi boşdur. 

Qeyd edək ki, işdən çıxarılan icra başçılarından Namiq Zeynalov, Ceyhun Cəfərov və Alimpaşa Məmmədov həbs olunublar. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!