Azərbaycandakı dələduz plastik cərrahlar - Video
04 Avq 2020 07:00
299

Azərbaycandakı dələduz plastik cərrahlar - Video

Qadınlar ötən illərə nisbətən son vaxtlar plastik əməliyyatlara daha çox üz tutur.

Onların içində öz zahiri görünüşündən narazı olanlar da var, bunu əks cins tərəfindən bəyənilmək üçün edənlər də. Hətta öz həmcinsləri ilə rəqabətə girib, ən ağır formada əməliyyat masasına uzanıb plastik əməliyyatlar həyata keçirən qadınlarımız da az deyil.

Mövzunu işıqlandırmağımıza səbəb bir müddət öncə gündəmi zəbt edən plastik əməliyyatın qurbanı Mələk adı ilə tanınan 1996-cı il təvəllüdlü Turanə Musazadənin ölüm xəbəri oldu. Məlumatlara görə, 24 yaşlı qız xarici görünüşündən narazı olduğu üçün müxtəlif vaxtlarda üç əməliyyat keçirib. Birinci əməliyyatını başqa cərrah icra etsə də ikinci, üçüncü əməliyyatını Siruz Qoçqaninin yanında həyata keçirib. Üçüncü dəfə 8 000 AZN pul ödəyərək, eyni vaxtda üç əməliyyata girib və deyilənə görə, mammoplastika əməliyyatı zamanı dünyasını dəyişib. İddialara görə, onun ölüm səbəbi ürək damarının zədə almasıdır. Qeyd edək ki, bu, Siruz Qoçqaninin ilk uğursuz əməliyyatı deyil.

Son vaxtlar uğursuz əməliyyatları ilə gündəm olan dələduz cərrahlar haqqında daha ətraflı Baku TV-nin xüsusi buraxılışında izləyə bilərsiniz.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər