10 milyon tona yaxın yük axını - Hara göndərildi?

saytların hazırlanması

Evə çatdırılma

10 milyon tona yaxın yük axını - Hara göndərildi?

İqtisadiyyat

17 Avqust 2026 10:09 44


2026-cı ilin yanvar-iyun aylarında nəqliyyat dəhlizləri üzrə dəmir yolu, dəniz və avtomobil nəqliyyatı ilə milyonlarla ton yük daşınıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

Hesabat dövründə nəqliyyat dəhlizlərində dəmir yolu nəqliyyatı ilə 7587,6 min ton, dəniz nəqliyyatı ilə 3365,2 min ton, avtomobil nəqliyyatı ilə isə 5699,0 min ton yük daşınıb. Pepperoni pizza

Cənub-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi 261,8 min ton, Şimal-Qərb nəqliyyat dəhlizi ilə 2623,3 min ton, Şimal-Cənub nəqliyyat dəhlizi ilə 4559,3 min ton, Şərq-Qərb nəqliyyat dəhlizi ilə 9207,4 min ton təşkil edib.

Şərq-Qərb nəqliyyat dəhlizinin tərkib hissəsi olan Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi üzrə isə 4595,0 min ton yük daşınıb.

Qeyd edilib ki, dəmir yolu nəqliyyatı ilə daşınmış yüklərin 46,6 faizini, avtomobil nəqliyyatı ilə daşınmış yüklərin isə 46,5 faizini tranzit yüklər təşkil edib.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!