Azərbaycandan Pakistana başsağlığı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycandan Pakistana başsağlığı

Siyasət

03 Avqust 2026 12:46 99


Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistana başsağlığı verib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə nazirlik "X" sosial media hesabında məlumat yayıb.

"Pakistanın Bəlucistan əyalətində baş vermiş ölümcül kömür mədəni qəzası nəticəsində çoxsaylı insanın həlak olması və yaralanması xəbəri bizi dərindən kədərləndirdi. Dördpendirli pizza

Həlak olanların ailələrinə, qardaş Pakistan xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk.

Yaralananlara tezliklə şəfa diləyir, hadisədən zərər çəkən hər kəsin ən qısa zamanda təhlükəsiz yerə çatdırılacağına ümid edirik", - paylaşımda bildirilib.

Qeyd edək ki, Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətində kömür mədəni çöküb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!