Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“Azərbaycanı birmənalı şəkildə dəstəkləyirik” - Manuela Traldi
19 Okt 2020 16:08
832

“Azərbaycanı birmənalı şəkildə dəstəkləyirik” - Manuela Traldi

İtaliya-Azərbaycan Ticarət Palatasının (İTAZERCOM) prezidenti Manuela Traldi Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti  Mehriban Əliyevaya müraciət edib.

Yenisabah.az xəbər verir ki, müraciətdə deyilir:

“Hörmətli cənab Prezident,

Sentyabrın 27-dən başlayaraq Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi və son günlərdə dinc sakinlər arasında itkiyə səbəb olan hücumlarını dərin kədər və narahatlıq hissi ilə yaxından izləyirəm.

Sizə və hörmətli Birinci vitse-prezident Mehriban xanıma ölkənizdə mülki insanların həlak olması ilə əlaqədar dərin hüznlə başsağlığı verir, eləcə də həm İtaliya-Azərbaycan Ticarət Palatası, həm də şəxsən mən bu cür hücumları qətiyyətlə pisləyir, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək hüququnu birmənalı şəkildə dəstəkləyirik.

Biz İtaliyada rəsmi ikitərəfli biznes təşkilatı və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) milli nümayəndəliyi olaraq, münaqişə ilə bağlı doğru məlumatları yayır, cəmiyyətimizdə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələri ilə bağlı təbliğat işi aparırıq.

Biz münaqişənin bu çərçivədə və beynəlxalq hüquqa uyğun olaraq öz həllini tapmasını səbirsizliklə gözləyirik. Həmçinin sülhün və sabitliyin, eləcə də Azərbaycanın suverenliyinin bərpa edilməsindən sonra Dağlıq Qarabağın və bütün bölgənin daha parlaq gələcəyi olacağına ümid bəsləyirik.

Hörmətli cənab Prezident, hörmətli Birinci vitse-prezident Mehriban xanım, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər