Azərbaycanın 5 güləşçisi Avropa çempionatında mübarizəyə başlayır 

Azərbaycanın 5 güləşçisi Avropa çempionatında mübarizəyə başlayır 

İdman Veb saytların hazırlanması

12 Fevral 2024 15:32 511


Bu gün Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatına start veriləcək. 

Yenisabah.az xəbər verir ki, ilk yarış günündə yunan-Roma güləşçiləri mübarizə aparacaqlar. 

Bu gün 55 kq, 63 kq, 77 kq, 87 kq və 130 kq çəki dərəcələrində Azərbaycan güləşçiləri qüvvələrini sınayacaqlar. 

Rəşad Məmmədov 1/4 finaldan mübarizəyə başlayacağı halda, digərləri 1/8 finaldan yarışa qoşulacaqlar. 

55 kq: 

Rəşad Məmmədov - Denis Mihay (Rumıniya) 

63 kq: 

Murad Məmmədov - Brayan Santyaqo (Danimarka) 

77 kq: 

Sənan Süleymanov - Şuay Mamedov (AIN) / İdris İbayev (Almaniya) 

87 kq: 

İslam Abbasov - Ramon Betşart (İsveçrə) / Şimon Şimonoviç (Polşa) 

130 kq: 

Beka Kandelaki - Konsta Maenpaeae (Finlandiya) 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!