Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Azərbaycanın beynəlxalq aləmdə artan reytinqi...
22 İyl 2021 13:38
264

Azərbaycanın beynəlxalq aləmdə artan reytinqi...

“Respublikamız dövlət müstəqilliyini bərpa etdikdən sonra qarşıya qoyulan prioritet vəzifələrdən biri nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək və tədricən həmin qurumların fəal üzvünə çevrilmək idi. Lakin həmin dövrdə ölkəyə rəhbərlik edənlərin dövlət idarəçiliyindəki naşılığı Azərbaycanın xarici siyasətində müəyyən problemlər yaradırdı”.

“Yeni Sabah” xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

O, deyib ki, Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra xarici siyasət kursunun əsasları müəyyənləşdirildi və respublikamızın beynəlxalq aləmə inteqrasiyası tədricən sürətləndi. Son illər beynəlxalq aləmdə qazandığımız uğurlar bir daha təsdiqləyir ki, Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kurs çox uğurlu, səmərəli, demokratik məzmunlu və praktiki nəticələri yüksək olan prinsiplər sistemidir.

Onun sözlərinə görə, Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi dövrdən bir qədər sonra regional və qlobal səviyyədə fəaliyyətini, o cümlədən beynəlxalq arenada əməkdaşlığı getdikcə genişləndirib. Bu gün respublikamızın müstəqil dövlət kimi nüfuzlu beynəlxalq təşkilatlara, o cümlədən BMT, ATƏT Avropa Şurası, İslam Konfransı Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, Qoşulmama Hərəkatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və çoxlu sayda digər təşkilatlara üzvlüyü bundan xəbər verir. Azərbaycan, həmçinin GUAM regional qrupunun təsisçilərindən biridir.

Ermənistan üzərindəki tarixi Qələbənin ölkəmizin dünya birliyindəki mövqeyini daha da möhkəmləndirdiyini deyən hüquq müdafiəçisi Azərbaycan xalqının 30 ildən bəri gözlədiyi böyük Qələbənin sevincini yaşadığını bildirərək deyib: “Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə Azərbaycan Ordusunun 30 illik işğala son qoyaraq torpaqlarımızı azad etməsi dövlətçilik tariximizi qürurlandırdı, hər birimizə intizarında olduğumuz şanlı Qələbə bəxş etdi. Eyni zamanda, haqq davamızın nəticəsi olan bu qələbə xalqımızı daha da bütövləşdirdi, mübariz etdi, milli həmrəyliyimizi gücləndirdi”.

Komitə sədri diqqətə çatdırdı ki, Azərbaycan, həm də bir neçə mötəbər beynəlxalq təşkilata uğurla sədrlik edib və bu gün də edir. Hazırda BMT–dən sonra dünyada ən böyük ikinci təşkilat olan Qoşulmama Hərəkatının sədri kimi üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir. Yeri gəlmişkən, ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövründə həyata keçirdiyi tədbirlər üzv dövlətlər tərəfindən yüksək dəyərləndirilir. Ona görə də quruma üzv ölkələr Azərbaycanın Hərəkata əlavə 1 il də sədrlik etməsi barədə müraciət ediblər. Bu da təsadüfi deyil.

Ç.Qənizadə vurğulayıb ki, bu, təsadüfi deyil. Milli maraqlara əsaslanan çoxvektorlu xarici siyasət kursu həyata keçirən müstəqil Azərbaycan qısa müddət ərzində Qoşulmama Hərəkatında olduqca böyük nüfuz və etimad qazanıb. Xatırlatdı ki, respublikamız 2011-ci ildə Qoşulmama Hərəkatına tamhüquqlu üzv qəbul olunub və həmin vaxtdan etibarən qurumun fəaliyyətinə özünün töhfələrini verib və bu da həmin təşkilatda ölkəmizin nüfuzunun artmasını şərtləndirib. Hərəkata üzv ölkələrin 2016-cı ildə Venesuelada keçirilmiş Zirvə görüşündə quruma 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul edilib”.

Hüquq müdafiəçisi bu uğurlardan sonra Qoşulmama Hərəkatına üzv ölkələrin Azərbaycana təşkilata əlavə 1 il sədrlik etmək barədə müraciəti ölkəmizin beynəlxalq aləmdə artan reytinqinin daha bir nümunəsi olduğunu bildirib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər