Azərbaycanın sərbəst güləşçisi Avropa çempionatında bürünc medal qazandı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın sərbəst güləşçisi Avropa çempionatında bürünc medal qazandı

İdman

25 Aprel 2026 22:18 97


Azərbaycanın sərbəst güləşçisi Cəbrayıl Hacıyev (79 kq) Albaniyada təşkil olunan Avropa çempionatında bürünc medal qazanıb.

"Yeni Sabah" xəbər verir ki, təmsilçimiz Rasul Şapiyevi (Şimali Makedoniya) 8:0 hesabı ilə üstələyib.

Azərbaycanın digər güləşçisi Rəşid Babazadə (65 kq) bürünc medal görüşündə ermənistanlı Vazgen Tevanyana 0:7 hesabı ilə uduzub.

Xatırladaq ki, sabah Azərbaycanın 4 sərbəst güləşçisi - Ali Tsokayev (92 kq), Arseniy Djioyev (86 kq), Giorgi Meşvildişvili (125 kq) və Turan Bayramov (74 kq) qızıl medal uğrunda yarışacaqlar. Nürəddin Novruzov (61 kq) isə bürünc medal uğrunda mübarizə aparacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!