“Azərbaycanla Ermənistan arasında sülh bərqərar olub”

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycanla Ermənistan arasında sülh bərqərar olub”

Dünya

09 Avqust 2025 10:37 293


Ermənistan və Azərbaycan Vaşinqtonda sənədlər imzalayaraq artıq sülh bərqərar ediblər.

Yenisabah.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan onlayn mətbuat konfransında bildirib.

O deyib: "Bu gün baş verənlər tarixi hadisədir. Mən bir neçə aydır deyirəm ki, Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq, sülh olacaq. Bu gün deyə bilərik ki, sülh bərqərar olub və o, ölkələrimizin suverenliyi və ərazi bütövlüyü çərçivəsində bərqərar olub". Toyuqlu pizza

Paşinyan əlavə edib ki, kommunikasiyaların və sərhədlərin açılması Ermənistan iqtisadiyyatına milyardlarla dollar sərmayə cəlb edəcək. O, ölkə vətəndaşlarını sülh gündəmi ətrafında birləşməyə çağırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!