“Azərbaycanlı” Amuli erməni çıxdı   - ŞOK DETALLAR

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycanlı” Amuli erməni çıxdı - ŞOK DETALLAR

Siyasət

06 Yanvar 2025 19:29 3937


İranın dini lideri Əli Xameneinin Ərdəbil vilayəti üzrə rəsmi nümayəndəsi Seyid Həsən Cəbəl Amulinin əsli Livandandır.

Yenisabah.az xəbər verir ki, bu barədə Amulinin farsca tərcümeyi-halında bildirilir.

Amulinin avtobioqrafiyasında onun nəslinin Səfəvilər dövründə Livanın Cəbəl Amul (Amil) ərazisindən Ərdəbilə köçmüş Sədat Cəbəl Amuli nəslindən olduğu yazılıb. Hətta Cəfər Mühacirinin “Əl-Hicra əl-İmiliyyə fi dövrə əs-Səfəviyyə” adlı əsərində də Amulinin kökünün Livandan olması barədə məlumat verilir.

Livandakı Cəbəl Amul bölgəsində isə ermənilər kompakt halda yaşayırlar.

Həsən Amuli özü də bir neçə il öncəki xütbələrinin birində türk (azərbaycanlı) deyil, əslinin Livan ermənisi olduğunu fəxarətlə bildirmiş, “milliyyətin onun üçün əhəmiyyət daşımadığını” vurğulamışdı.

Qeyd edək ki, Həsən Amuli vaxtaşırı olaraq Azərbaycan əleyhinə çıxışları ilə tanınır./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!