Ötən mövsüm mübahisəli qərarları ilə gündəmə gələn azərbaycanlı hakim Əliyar Ağayev UEFA-dan növbəti təyinat alıb.
“Yeni Sabah” xəbər verir ki, daha əvvəl UEFA Çempionlar Liqasında “Arsenal” və “Slaviya Praqa” kimi komandaların oyunlarını idarə edən Ağayev bu dəfə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
O, Çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək “Srvena Zvezda” – “Larn” qarşılaşmasında baş hakim Elçin Məsiyevin köməkçisi olacaq. Dördpendirli pizza
Xatırladaq ki, Əliyar Ağayev ötən mövsüm verdiyi bir sıra qərarlara görə tənqid olunmuşdu.
“Turan Tovuz” klubunun prezidenti Ehtiram Quliyev onun ünvanına sərt fikirlər səsləndirmiş və “Azərbaycan futbolu Əliyar kimilərdən xilas olmalıdır” demişdi.
AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov da Əliyar Ağayevin yanlış qərarlar verdiyini təsdiqləmişdi. Nəticədə hakimə 5 oyunluq cəza verilmişdi.
Nazim Hacıyev
Telegram kanalımız