Azərbaycanlı jurnalist Ermənistanda səfərdədir

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı jurnalist Ermənistanda səfərdədir

Siyasət

05 Fevral 2019 18:57 1162


Azərbaycanlı jurnalist, "Turan" informasiya agentlinin redaktoru Şahin Hacıyev Ermənistanda səfərdədir.

Bununla bağlı “Turan” agentliyinin direktoru Mehman Əliyev “Yeni Sabah”a açıqlama verib. O bildirib ki, artıq bir neçə gündür səfər reallaşıb:

“Səfərin məqsədi Azərbaycan, Ermənistan, Türkiyə münasibətləri ilə bağlı vəziyyətin işıqlandırılması olub. Yəni  Azərbaycan-Ermənistan, Azərbaycan-Türkiyə münasibətləri barədə  sənədli film olacaq, çəkiliş davam edir.  Siyasi bölməmizin redaktoru  Şahin Hacıyev akkreditasiyadan keçib.  Bu, beynəlxalq qrupdur. Orda başqa iştirakçılar - Gürcüstan, Rusiya və.s də var”.

 Günay Rəsulqızı

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!