Azərbaycanlı komediyaçı Rusiya DİN-dən məhkəməyə şikayət etdi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı komediyaçı Rusiya DİN-dən məhkəməyə şikayət etdi

Şou

07 Sentyabr 2021 15:30 1141


Stand-up komediyaçısı İdrak Mirzəlizadə Daxili İşlər Nazirliyinin qərarından apellyasiya şikayəti verib.

Yenisabah.az "RİA Novosti"yə istinadla xəbər verir ki, DİN onu Rusiyada olmasını arzuolunmaz hesab edən qərar çıxarıb.

Avqustun sonunda nazirlik Belarus vətəndaşı olan Mirzəlizadənin Rusiyaya girişini ömürlük yasaq edib. pizza mizza

Qərarda "komediyacının təqdimat formasından asılı olmayaraq millətlərarası münasibətləri pozmağa yönəlmiş açıqlamalarının yolverilməz olduğu"  vurğulanıb.

İdrak Mirzəlizadə bileti öz hesabına almaqla ölkəni tərk etməli idi.

Lakin o, Rusiya paytaxtının Zamoskvaretsk məhkəməsinə şikayətlə müraciə edib.

Bundan əvvəl, avqustun 9-da Moskva şəhərinin Taqansk Məhkəməsi Mirzəlizadəni Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 20.3.1 -ci maddəsini (nifrət və ya düşmənçiliyə təhrik, habelə insan ləyaqətinin alçaldılması) pozmaqda təqsirli bilərək 10 sutka inzibati həbs təyin edib.

Daha sonra Moskva Şəhər Məhkəməsində bu qərar qanuni hesab olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!