Şimali Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U20 Avropa çempionatı davam edir.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.
Qadın güləşçimiz Günay Qurbanova (59 kq) finalda isveçli Karin Samuelssona 2:10 hesabı ilə məğlub olaraq çempionatın gümüş medalını qazanıb. pizza hut
Digər güləşçimiz Ruzanna Məmmədova (62 kq) macarıstanlı Barbara Baqerə "tuş"la qalib gələrək finala yüksəlib.
Zəhra Kərimzadə (72 kq) isə yarımfinalda litvalı Qreta Tverskiteyə 2:3 hesabı ilə məğlub olub və bürünc medal uğrunda güləşəcək.
Telegram kanalımız