Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı

Şou

11 Oktyabr 2026 22:00 137


Lvbel C5 səhnə adı ilə tanınan türkiyəli reper Süleyman Burak Bodur saxlanılıb.

"Yeni Sabah" xəbər verir ki, bu haqda “Sözcü" məlumat yayıb. Onun saxlanılmasına səbəb azərbaycanlı reper Asya Əlizadə ilə birgə ifa etdiyi “K….” mahnısı olub. 

İstanbul Anadolu Cümhuriyyət Baş Prokurorluğunun apardığı təhqiqat çərçivəsində reper prokurorluqda ifadə verib. Daha sonra o, “cinayət törətməyə açıq şəkildə təhrik” ittihamı ilə həbs olunması tələbi ilə məhkəməyə göndərilib. Pepperoni pizza

Burak ifadəsində ittihamları qəbul etməyib. O, mahnı sözlərini təxəyyülünə əsasən yazdığını bildirib:

“Xəyal quraraq mahnı sözləri yazıram. Xüsusi bir qəsdim yoxdur. Şiddət ehtiva edən bir vəziyyət yoxdur, tamamilə gənclər üçün xəyali sözlərdir”.

Reper mahnını artıq rəqəmsal platformalardan sildiyini də qeyd edib.

Məhkəmə prokurorluğun həbs tələbini rədd edərək, Lvbel C5 barəsində məhkəmə nəzarəti tədbirlərinin tətbiqinə qərar verib. Qərara əsasən, onun ölkədən çıxışına qadağa qoyulub və həftədə iki gün polis idarəsində imza verməsi tələb edilib.

Bundan əlavə, məhkəmə reperin türk ədəbiyyatı üzrə təhsilini davam etdirməsini də öhdəlik kimi müəyyənləşdirib./Axşam.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!