Azərbaycanlı və erməni KVN-çilərin “qol-boyun”   FOTOSU

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı və erməni KVN-çilərin “qol-boyun” FOTOSU

Sosial

31 Yanvar 2022 21:53 11983


Azərbaycanın "Parni iz Baku" komandasının vaxtilə Ermənistanın “Yeni ermənilər” adlı KVN komandasının üzvləri ilə qol-boyun olaraq çəkdirdikləri foto yayılıb.

Yenisabah.az xəbər verir ki, fotonu erməni sosial şəbəkə istifadəçiləri yayıb. Onlar Soçidə baş verən məlum olaydan sonra keçmiş KVN-çilərin ermənilərə qarşı səsləndirdikləri fikirlərə bu fotonun cavab olduğunu bildiriblər.

Qeyd edilir ki, foto 1994-ci ildə Soçidə çəkilib. Hazırda “Planeta Parni iz Baku”nun yaradıcısı Tahir İmanovun səmimi pozada yanında dayanan şəxsin isə Karen Mantaşyan olduğu bildirilir./Yenipress.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Anar
    Obba...
    4 years ago