Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“Azərbaycanlılar Naxçıvana dəmir yolu çəkir...“ - Erməni rəsmi
03 Dek 2021 14:32
1083

“Azərbaycanlılar Naxçıvana dəmir yolu çəkir...“ - Erməni rəsmi

"Məndə azərbaycanlılar Naxçıvana dəmir yolu çəkməsi və qatarların artıq yola salınması haqqında heç bir məlumat yoxdur".

Yenisabah.az "Aysor"a istinadla Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Armen Simonyan jurnalistlərə müsahibəsində deyib.

“Hazırda biz marşrutları, sərhəd-keçid proseslərini müzakirə edirik. Hələlik dəqiqlik olmadığı üçün konkret bir şey deyə bilmərəm. Blokada açılmalıdır, başqa heç nə müzakirə olunmur və bizim tərəfdən də müzakirə olunmayacaq”, - deyə nazir müavini qeyd edib.

O qeyd edib ki, söhbət tranzit daşımalarından gedir.

“Biz Azərbaycan ərazisindən Rusiya Federasiyası ilə dəmir yolu və avtomobil əlaqəsi, Naxçıvan ərazisindən isə İranla əlaqə saxlayırıq. Bunlar blokladadan çıxarıla bilən əsas istiqamətlərdir”, - deyə Armen Simonyan vurğulayıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər