Hazırda Amerikada yaşayan azərbaycanlıların bir qismi Vaşinqtondakı erməni səfirliyinin qarşısına toplaşaraq birlik nümayiş etdirir.
Yenisabah.az xəbər verir ki, bu barədə oradakı yurddaşlarımız məlumat paylaşıb.
Məlumata görə, onlar "Stop Armenian Aggression", "Karabakh is Azerbaijan" kimi şüarlar səsləndirirlər.
Qeyd edək ki, iyulun 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycan Ordusunun Tovuz rayonu istiqamətindəki mövqelərinə hücum edilib. Artıq dörd gündür ki, atışmalar davam edir. Ordumuz tərəfindən düşmənin mövqelərinə ciddi zərbələr endirilib.
Telegram kanalımız