Azərbaycanlıların əlində partlayan erməni bombaları - Polkovnikdən sensasiyalı açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlıların əlində partlayan erməni bombaları - Polkovnikdən sensasiyalı açıqlama

Sosial

21 Avqust 2024 13:17 616


Son vaxtlar baş verən cinayət hadisələrinin qeydiyyatsız və qeyri-qanuni formada əldə edilmiş silahlara törədilməsi halları artıb. Hüquq-mühafizə orqanlarının vətəndaşlardan topladığı belə silahların əksər hissəsi tapança və digər yüngül odlu silahlardır. Çoxları həmin qanunsuz silahların İkinci Qarabağ müharibəsi zamanı ermənilərin atıb getdiyi və döyüşlər zamanı ələ keçirildiyini iddia edir. 

Bəs görəsən qanunsuz silahların artım səbəbi tam olaraq nədir? 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan ehtiyatda olan polkovnik və hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, quru sərhədlərin bağlı olması, xaricdən hansısa silah-sursatın ölkə ərazisinə keçirilməsi ehtimalını mümkünsüz edir:

“Məlum olduğu kimi, Azərbaycanın quru sərhədləri uzun müddətdir bağlıdır. Yəni Azərbaycana xaricdən silah keçirmək mümkünsüzdür. Hətta yük avtomobilləri belə skanner aparatları ilə dəqiq yoxlanılır və onlar vasitəsi ilə hansısa silah-sursatı keçirmək qətiyyən mümkün deyil. Bu mövzuda ən ağılabatan versiya odur ki, ərazimizdə olan müharibə və hərbi əməliyyatlar zamanı erməni işğalında olan yerlərdən müəyyən silah-sursatlar insanların əlinə keçib. Faktiki olaraq, əgər bu silahlar Bakıya, Gəncəyə, Sumqayıta, Lənkərana və digər ərazilərimizə gedib çıxırsa, deməli, ölkə daxilində bunların yayılmasını istəyən qüvvələr var. Amma bütün bunların sadəcə qazilərin işi olduğunu demək düzgün deyil”. 

Polkovnik aşkar edilən qeyri-qanuni silahların mütləq çoxluğunun Qarabağda baş verən hərbi əməliyyatlar dövründə ələ keçirildiyini qeyd edib:

“Lakin bir məsələ dəqiqdir ki, bu cür qanunsuz silahların çoxalması və ölkənin müxtəlif yerlərində aşkarlanması birbaşa 2020, 2022 və 2023-cü illərdə Qarabağda gedən hərbi əməliyyatlarla bağlıdır. Bunlar ya ermənilərin atıb getdiyi hərbi silahlar, ya da müharibə zamanı itən avtomat, tapança və qumbaralardır. Bu baxımdan cinayət və digər hadisələr zamanı polis tərəfindən aşkar edilən silahların hansısa xarici ölkədən gətirilməsi ehtimalı olduqca aşağıdır. Digər tərəfdən hər bir silahın üzərində onun nömrə və seriyası qeyd olunub. Bu vasitə ilə həmin silahın hansı qoşun növünə aid olması dəqiq müəyyən olunur. Yerdə qalanların əksəriyyəti isə erməni silah birləşmələrindən ələ keçən silahlardır”. 

Nazim Hacıyev 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!