Azərbaycanlının Nobel mükafatı övladlarına təqdim edildi

Azərbaycanlının Nobel mükafatı övladlarına təqdim edildi

Dünya Veb saytların hazırlanması

10 Dekabr 2023 22:46 2539


Bu gün - 10 dekabr Beynəlxalq İnsan Haqları Günü münasibətilə Norveçin paytaxtı Osloda Nobel Sülh mükafatının təqdimetmə mərasimi keçirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Nobel Fondu məlumat yayıb.

Güney azərbaycanlı siyasi məhbus Nərgiz Məhəmmədinin “İranlı qadınların zülmə məruz qalmasına qarşı mübarizəsi və hamı üçün insan haqları və azadlığın təşviqi səylərinə görə” qazandığı 2023-cü il üzrə Nobel Sülh mükafatı 17 yaşlı əkiz övladlarına təqdim edilib.

Qeyd edək ki, Güney Azərbaycanın Zəncan şəhərində doğulan Nərgiz Məhəmmədi hazırda Tehranın Evin həbsxanasında saxlanılır. O, 10 il 8 ay həbs, 154 şallaq cəzasına məhkum edilib. O, həbsxanada saxlanılan başqa 4 qadın məhbusla birlikdə qadın məhbuslara qarşı təzyiqlərə etiraz olaraq aclıq aksiyası keçirir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!