Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir 

saytların hazırlanması

Evə çatdırılma

Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir 

Rəqəmsal

19 Aprel 2024 12:45 3855


Ölkənin lider mobil operatoru Azercell qürur hissi ilə yeni BİQ - Böhran İdarəetmə Qrupu layihəsini elan edir. “Dayanıqlı rabitə, təhlükəsiz həyat!” şüarı altında həyata keçirilən layihənin məqsədi böhran zamanı ölkədə rabitə infrastrukturunun dayanıqlığının təmin edilməsi, fövqəladə hallara çevik reaksiya verilməsi, bərpa müddətinin maksimum qısaldılması, ölkə əhəmiyyətli tədbirlərdə etibarlı rabitənin təmin edilməsidir.

BİQ layihəsi Azərbaycan Respublikasının Kosmik Agentliyi, “Aztelekom”  və “Baktelekom” MMC-nin tərəfdaşlığı ilə  həyata keçirilir. Artıq bu şirkətlərin texniki heyətləri Azercell tərəfindən təşkil olunmuş  təlimlərdə uğurla iştirak ediblər. Həmçinin layihə çərçivəsində böhran və fövqəladə hallar zamanı qəza-bərpa tədbirlərinin çevik şəkildə yerinə yetirilməsi üçün tərəfdaşlarla birlikdə operativ qruplar və texniki infrastruktur da yaradılıb. Məqsəd ölkə ərazisində baş verə biləcək böhran və təbii fəlakətlər zamanı birgə addımlar atmaq üçün öncədən təşkilatlanmaqdır.

BİQ layihəsi yalnız Azərbaycanda deyil, həm də Qafqaz regionunda və Türk dövlətləri ərazisində böhran və fövqəladə halların fəsadlarının aradan qaldırılması üçün geniş imkanlar yaradır.  

Qeyd edək ki, bu layihənin ərsəyə gəlməsinə səbəb Prezident İlham Əliyevin Türkiyədə baş verən zəlzələdən sonra “Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusunda Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünün keçirilməsi təşəbbüsü ilə çıxış etməsi olub. Fövqəladə Zirvə görüşünün sonunda Ankara Bəyannaməsi və mülki müdafiə mexanizminin qurulmasına dair Protokol imzalanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!