“Azercell Könüllüləri” bayram günlərində növbəti xeyriyyə təşəbbüsünü həyata keçirdi 

saytların hazırlanması

Evə çatdırılma

“Azercell Könüllüləri” bayram günlərində növbəti xeyriyyə təşəbbüsünü həyata keçirdi 

Rəqəmsal

02 Aprel 2025 17:52 909


“Azercell Könüllüləri” Novruz və Ramazan bayramları münasibətilə ənənəvi xeyriyyə yarmarkasını həyata keçiriblər. Yarmarka çərçivəsində əldə olunan vəsaitlər sayəsində könüllülər Bakı və ətraf qəsəbələr, Sumqayıt, Goranboy, İsmayıllı, Qəbələ, Lənkəran, Gəncə, Ağdaş və Ağcabədidə yaşayan 120-dən çox ailəyə bayram sevinci yaşadıblar.  

Builki təşəbbüsə "Azercell Telekom" MMC-nin əməkdaşları ilə yanaşı "Aztelekom" MMC-nin əməkdaşları da qoşulub.   Ailələrin siyahısını yerli icra hakimiyyətləri və "Zəfər" İB təqdim edib.

Qeyd edək ki, 2004-cü ildən fəaliyyət göstərən “Azercell Könüllüləri” təşəbbüsü  mütəmadi şəkildə xeyriyyə aksiyaları təşkil edir.   pizza mizza

Daha ətraflı məlumat üçün: https://www.azercell.com/az/

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!