“Azercell Telecom” şəkili qadın sahibkarları dəstəkləyir

saytların hazırlanması

Evə çatdırılma

“Azercell Telecom” şəkili qadın sahibkarları dəstəkləyir

Sosial

06 Fevral 2025 16:26 141


Lider mobil operator qadınların sahibkarlıq fəaliyyətini və iqtisadi müstəqilliyini dəstəkləməyə davam edir

"Azercell Telecom" MMC “Həyatı daha dolğun edirik: Qadınlara Dəstək Proqramı” sosial layihə müsabiqəsi çərçivəsində layihənin qaliblərindən biri olan “Balans” İctimai Birliyi ilə bərabər Şəkidə qadın sahibkarlığını təşviq edən proqram həyata keçirib.

“Qadın və biznes – Qadınların sahibkarlıq fəaliyyətinə dair biliklərinin təkmilləşdirilməsi üçün praktiki təcrübə proqramı” çərçivəsində biznesini inkişaf etdirmək istəyən 23 qadın ixtisaslaşmış təlimlərdə iştirak edib. Beynəlxalq təcrübəyə əsaslanan bu proqram biznesin idarə edilməsi, sahibkarlığın hüquqi və maliyyə aspektləri kimi mövzuları əhatə edib. pizza sifarişi

Yiyələndikləri nəzəri biliklərlə yanaşı, iştirakçılar müxtəlif biznes müəssisələrinə səfərlər edərək uğurlu sahibkarlarla görüşmək və praktiki təcrübə qazanmaq imkanı da əldə ediblər. Layihənin sonunda proqram iştirakçıları biznes planlarını hazırlayaraq gələcək fəaliyyətlərini daha da peşəkar şəkildə idarə etməyi öyrəniblər.

Proqramı uğurla tamamlayan hər bir iştirakçıya müvafiq sertifikat təqdim olunub.

"Azercell"in 2024-cü ilin avqust ayında elan etdiyi bu sosial layihə müsabiqəsinin əsas məqsədi qadınların iqtisadi müstəqilliyini dəstəkləyərək ölkənin dayanıqlı inkişafına töhfə verməkdir.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!