Azercell və ADA Universiteti növbəti etapa start verir

saytların hazırlanması

Evə çatdırılma

Azercell və ADA Universiteti növbəti etapa start verir

Rəqəmsal

25 Yanvar 2025 11:31 764


“Azercell Telekom” MMC və ADA Universiteti Fondunun əməkdaşlığı çərçivəsində həyata keçirilən “İdeya İnkubasiyası Proqramı”nın növbəti mərhələsi start götürüb. Ötən ildən etibarən uğurla davam edən bu proqram Azərbaycanın startap ekosisteminin gücləndirilməsinə, gənc mütəxəssislərin İT və İKT sahələrində inkişafına dəstək olmaq məqsədini daşıyır. Bu il  “İdeya İnkubasiyası Proqramı”nda tələbələrdən ibarət 10 komanda birincilik uğrunda yarışacaq. 

Proqram çərçivəsində gənclərə real startap mühitinə uyğunlaşmaq üçün lazımi bilik və bacarıqlar aşılanacaq, müasir texnologiyaların tətbiqi öyrədiləcək. Proqram iştirakçılarının innovativ ideyalarını reallaşdırmağa dəstək olmaq üçün “Startap təfəkkürünün formalaşdırılması”, “İT Layihələrin İdarə Edilməsi”, “Minimal Viable Product (MVP) hazırlanması”, “Uğurlu startap təqdimatlarının hazırlanması” kimi mövzularda təlimlər təşkil olunacaq. Azercell əməkdaşları və ADA Universitetinin müəllimləri layihə boyunca komanda üzvlərinə mentorluq edəcəklər. Eyni zamanda, yarışçılar üçün startap ekosisteminin nümayəndələri ilə əməkdaşlıq etmək imkanı da yaradılacaq. 

Proqramın yekununda qalib komanda pul mükafatı ilə təltif olunacaq. Bundan əlavə, “Azercell Telekom” MMC uğurlu layihə təkliflərini dəyərləndirərək seçilən startapçılara təcrübə proqramında iştirak imkanı təqdim edəcək. pizza sifarişi


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!