Azercell və Müdafiə Nazirliyi arasında əməkdaşlıq memorandumu imzalandı

saytların hazırlanması

Evə çatdırılma

Azercell və Müdafiə Nazirliyi arasında əməkdaşlıq memorandumu imzalandı

Rəqəmsal

06 Noyabr 2025 15:49 1470


Azərbaycan Respublikası Müdafiə Nazirliyi və “Azercell Telekom” MMC arasında əsgərlər üçün xüsusi rabitə imkanlarının yaradılması məqsədilə əməkdaşlıq memorandumu imzalanıb.

Bu tərəfdaşlıq çərçivəsində Azercell ölkəmizin müdafiə qüvvələrinin üzvlərinə dəstək məqsədilə “Əsgərcell” adlı xüsusi təklif təqdim edəcək. Təşəbbüs əsgərlərin xidmət dövründə ailə üzvləri və yaxınları ilə etibarlı və təhlükəsiz əlaqə saxlamasına imkan yaradacaq.

2026-cı ildən etibarən qüvvəyə minəcək “Əsgərcell” təklifi çərçivəsində əsgərlərə xüsusi şərtlər ilə mobil cihaz və yeni nömrə təqdim olunacaq. Həmçinin, istənilən 5  nömrəni “ağ siyahı”ya əlavə etmək imkanı veriləcək və yalnız həmin nömrələrlə qarşılıqlı zənglər həyata keçirmək mümkün olacaq. Eyni zamanda, təcili yardım, polis və yanğınsöndürmə kimi zəruri xidmət nömrələrinə də zənglər əlçatan olacaq. Rabitə təhlükəsizliyini qorumaq və xidmətin təyinatına uyğun istifadəsini təmin etmək məqsədilə bu nömrələrdə SMS, internet, beynəlxalq və rouminq xidmətləri əlçatan olmayacaq. Marqarita pizza

Əsgərlərə hərbi hissələrdə yaradılmış müvəqqəti satış məntəqələrindən cihaz və yeni nömrəni əldə etmək imkanı yaradılacaq. Azercell nümayəndələri qeydiyyat prosesini yerindəcə həyata keçirərək nömrəni aktivləşdirib, cihazı abunəçiyə təqdim edəcəklər.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!