Azercell yeni “Oyun Portalı”nı istifadəyə verir

saytların hazırlanması

Evə çatdırılma

Azercell yeni “Oyun Portalı”nı istifadəyə verir

Rəqəmsal

05 Oktyabr 2026 12:34 44


Azercell rəqəmsal xidmətlər portfelinə oyun xidmətlərini əlavə edir. “Azercell” mobil tətbiqində istifadəyə verilən yeni “Oyun Portalı” müxtəlif oyun, turnir və viktorinaları bir platformada birləşdirir.

Şirkət bu istiqamətdə fərqli maraqlara uyğun interaktiv oyunlar və rəqəmsal əyləncə həlləri inkişaf etdirməyi hədəfləyir.

İlkin mərhələdə “Oyun Portalı” bölməsində 10-dan çox oyun, turnirlər və günlük abunəlik əsasında təqdim olunan viktorina yer alacaq. İstifadəçilər oyunlardan ödənişsiz yaralana, turnirlərdə iştirak edərək hədiyyələr qazana biləcəklər. Dördpendirli pizza

15 sualdan ibarət olan viktorina oyununda isə iştirakçılar düzgün cavablar əsasında müxtəlif səviyyələri keçərək internet paketləri qazanmaq imkanı əldə edəcəklər. Hədiyyələr müəyyən sayda düzgün cavaba çatdıqda təqdim olunacaq. Abunəlik haqqı gündə 1 oyun cəhdi üçün 0,50 AZN, əlavə hər cəhd üçün isə 0,40 AZN təşkil edir. Abunəçilər gün ərzində 4 dəfə əlavə cəhd əldə edə bilərlər.

Azercell “Oyun Portalı”nı mərhələli şəkildə inkişaf etdirərək istifadəçilərə daha geniş oyun seçimi və yeni rəqəmsal əyləncə imkanları təqdim etməyi planlaşdırır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!