“Əli İnsanov adlı bir müəllifin şeirlər kitabı çıxıb. Sosial şəbəkələrdə deyirlər ki, Əli İnsanov niyə şeir yazmalıdır? Belə suallar məni heç vaxt maraqlandırmır. Min il əvvəl Nizami Gəncəvi necə adam olub? Arvadı ilə necə dolanıb? Bunlar bizi maraqlandırmamalıdır. Poeziyanın yaşı olmur, buna görə Əli İnsanovun yaşı da məni maraqlandırmır. Mənim üçün yeni imzadır. Yaxşı kitabdırsa, oxuyacağam. Bundan sonra oxucu kimi rəyimi bildirəcəyəm”.
Yenisabah.az pravda.az-a istinadla xəbər verir ki, bunu Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu deyib.
O əlavə edib: “Həbsxanada, yəqin ki, insan öz-özü ilə tək qalır. Mən şeirlərimin çoxunu əsgərlikdə yazmışam. Bir növ, yaxın çevrədən təcrid olunursan, özünlə tək qalırsan. Poeziya özünlə söhbətin məhsuludur. Dördpendirli pizza
Əli İnsanovun şeirlərini harada yazdığı mənim üçün maraqlı deyil. Yəqin, həbsxanada özü ilə dialoq imkanı daha çox olub. İlk sevgisini xatırlayıb, ona vəfasız çıxanları, özünün kiməsə vəfasızlıq etməsini xatırlayıb, dərin düşüncələrə qərq olub. Hislərini poetik misralara çevirmək istəyib.
Gənc müəllifə uğurlar arzulayıram, qələmi iti olsun, yazıb-yaratsın. Bu adam pis işlə məşğul deyil ki. Oğurluq, kiməsə xəyanət etməyib. Şeir yazıb da. Şeir yazmaq dünyada ən gözəl peşədir. Şeir yazan hər kəsə, o cümlədən Əli müəllimə uğurlar arzu edirəm”.
Telegram kanalımız