Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Baba Vəziroğludan rüşvətxor məmurlara ağır sözlər:  “Gərək insanın zatı, kökü olsun“
21 Sen 2021 13:55
5571

Baba Vəziroğludan rüşvətxor məmurlara ağır sözlər: “Gərək insanın zatı, kökü olsun“

Azərbaycanda məmurlar həmişə dəbdəbəli həyat tərzi ilə seçilirlər. Rüşvət və korrupsiya ilə məşğul olan vəzifəli şəxslərin qanunsuz əməlləri vaxtaşırı medianın gündəmində olub.

Tamahın qurbanı olan səlahiyyət sahiblərindən biri də TƏBİB-in keçmiş sədri Ramin Bayramlıdır. Məlum olduğu kimi, bir müddət öncə Ramin Bayramlının inşa etdirdiyi dəbdəbəli villanın görüntüləri mətbuatda yayılandan sonra, onun istefası qaçılmaz oldu. 

Məmurların dəbdəbəli həyat tərzinə maraq göstərməsi nə ilə bağlıdır? Niyə Azərbycanda imkanlı şəxslər topdağıtmaz mülklər, gözqamaşdıran saraylar tikməyə meyl edirlər?

Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu mövzu ilə bağlı Yenisabah.az-a danışıb. O, bu cür məmurların hələ də kamilliyə çatmadığını bildirib:

“Hərdən düşünürük ki, insanın yaşaması üçün bir ev kifayət edir. Nəyə lazımdır ikinci ev, bağ, saray, villa? Biz bu sözləri söyləyəndə həmin məmurların, varlıların psixologiyası ilə düşünə bilmirik. Gərək onların yerində olub görə biləsən ki, hansı psixologiya ilə dünyaya, çevrəyə baxırlar.

İnsan biraz əlinə pul düşən kimi dəyişir, ona artıq bir ev bəs etmir. Qonşusuna baxıb görür ki, onun villası daha böyükdür. Həmin şəxs də artığını istəyir. Kənardan baxana döyüş asan gəlir.

Bu mənada, həmin məmurların içinə girmək lazımdır ki, görəsən onlar nə düşünür. Onların məntiqi ilə bu normal bir haldır. Əgər mənim pulum çoxdursa niyə villam, maşın kolleksiyam olmasın? Bu insan xislətindən doğan birşeydir. İnsanların dünya malından gözü doymur, düşünürlər ki, daha çox olsun”.

Baba Vəziroğlu deyib ki, insanın müasir geyimi, təhsili olsa belə cahil olandan sonra onu dəyişməm mümkün deyil:

"Hər kəsin normal yaşaması üçün başının üsdündə damı, bir tikə çörəyi olması kifayətdir. Bunlar olandan sonra artıq sənə maddiyyat lazım deyil.

Lakin bu düşüncəyə çatmaq üçün insan kamilləşməlidir. Kamillik min yerdən bəhrələnir, gərək insanın kökü, zatı olsun, genində, qanında gözütoxluq olsun. Görməmiş adamın taleyi həmişə belə olur. Hər şeyi qamarlayıb yemək istəyir. Bu psixologiyanın dəyişməsi üçün bəlkə də yüz illər azlıq edir”.

Vəziroğlu kadr islahatları haqqında da danışıb:

“Bir məsələ var ki, Azərbaycanda kamillik faktoruna çox bel bağlamamalıyıq. Çünki biz Şərq ölkəsiyik, qılınc müsəlmanıyıq. Azərbaycanda inzibati metodlar öz sözünü deməlidir.

Bu metodlar son zamanlar başlayıb, artıq kadr islahatları gedir. İslahatlar yavaş-yavaş nəticə verir.

Belə bir məsəl var: “Quran oxumaqla donuz darıdan çıxmır”.

Yəni nə qədər tərbiyəvi söhbətlər getdi, insanlar düz yola dəvət olundu. Həm dövlət, həm də din xadimləri tərəfindən təbliğat aparıldı, amam heç bir faydası yoxdur.

Bizim ölkədə gözü sağ olan qardaş, gözü çıxan qardaşdan ibrət götürmür. Bu gün iki icra başçısını basırlar qoduqluğa, sabah o biri icra başçısı günorta kabinetində rüşvət alır.

Son olaraq qeyd edim ki, hazırda gedən kosmetik düzəlişlər bizim işimizə yaramayacaq. Bütün sistem dəyişməlidir. Məhkəmə, ədliyyə, icra orqanları və s. Yeni insanlar, yeni təfəkkürlü rəhbərlər gəlməlidir. Bu proses başlayıb, köklü sürətdə aparılmalıdır”.

Mehri Qurban 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər