Şəhidin ailəsi və şagirdlər bir arada: Tərəqqi liseyində anım tədbiri -   FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Şəhidin ailəsi və şagirdlər bir arada: Tərəqqi liseyində anım tədbiri - FOTOLAR

Sosial

27 May 2026 10:27 66


İltifat Hacıyev adına Tərəqqi Texniki Humanitar Liseyində şəhid Elçin Kərimbəylinin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

“Yeni Sabah” xəbər verir ki, tədbir şəhidin əziz xatirəsini yad etmək, onun göstərdiyi qəhrəmanlığı gənc nəslə tanıtmaq və şagirdlər arasında vətənpərvərlik ruhunu aşılamaq məqsədilə təşkil olunub.

Anım mərasimində məktəbin müəllim və şagird kollektivi, şəhidin yaxınları, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər. Dördpendirli pizza

Çıxış edənlər Elçin Kərimbəylinin Vətən uğrunda göstərdiyi şücaətdən danışaraq, onun qəhrəmanlıq yolunun gənclər üçün örnək olduğunu bildiriblər. Tədbir zamanı şəhidin həyat və döyüş yolundan bəhs olunub, xatirəsi ehtiramla yad edilib.

Qeyd edək ki, Elçin Kərimbəyli 4 avqust 1992-ci ildə Bakı şəhərində anadan olub. Məktəb illərində vətənpərvərliyi və nümunəvi davranışı ilə seçilən Elçin Kərimbəyli 20 aprel 2011-ci ildə döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Onun xatirəsi bu gün də böyük ehtiramla anılır.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!