Bayram günü kabab bişirmək istəyi onlara baha başa gəldi - Xəstəxanalıq oldular

saytların hazırlanması

Evə çatdırılma

Bayram günü kabab bişirmək istəyi onlara baha başa gəldi - Xəstəxanalıq oldular

Hadisə

27 May 2026 14:27 34


Ağdaşda kabab bişirib bayram etmək istəyi ana və övladına baha başa gəlib.

"Yeni Sabah"ın məlumatına görə, hadisə rayon mərkəzində - Nizami küçəsində yerləşən evlərdən birində baş verib. Manqal qalayıb kabab bişirmək istəyən ailə üzvləri küləkli havada ehtiyatsız şəkildə benzini manqala tökərək od vurublar.

Nəticədə benzin partlayışa səbəb olub. Hadisə zamanı 1956-cı il təvəllüdlü Əliyeva Ədalət Yunis qızı və 1978-ci il təvəllüdlü oğlu Əliyev Ərəstun Arif oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Hər iki şəxs xəstəxanalya yerləşdirilib Toyuqlu pizza

Faktla bağlı araşdırma aparılır./unikal.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!