Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədr seçkisi ilə bağlı keçirilən qurultayda Əli İsa Cabbarov maraqlı açıqlamalar verib.
“Yeni Sabah” xəbər verir ki, o, çıxışı zamanı Xalq artisti Həmidə Ömərovanın da namizədliyinin irəli sürülə biləcəyini deyib.
Əli İsa Cabbarov bildirib ki, əsl namizədi Həmidə Ömərova olub: pizza hut
“Həmidə Ömərovanı da namizəd kimi irəli sürə bilərdim. Amma bunu etmədim. Çünki onu namizəd etsəydim, Şəfiqə Məmmədova qalxıb zalı tərk edəcəkdi. Mənim namizədim əslində Həmidə Ömərova idi. Amma bu səbəbdən onu namizəd kimi təqdim edə bilmirəm”.
O, çıxışında Şəfiqə Məmmədova ilə bağlı emosional fikirlər də səsləndirib:
“Şəfiqə xanım yəhudi qısqanc ana kimidir sanki. Oğlunu kiminləsə paylaşmaq istəmir”.
Telegram kanalımız