Bakcell-in ölkə miqyaslı rebrendinq tədbiri Laçında yekunlaşdı

saytların hazırlanması

Evə çatdırılma

Bakcell-in ölkə miqyaslı rebrendinq tədbiri Laçında yekunlaşdı

Rəqəmsal

05 İyun 2024 12:19 4512


Son həftələrdə yeni brend kimliyini ölkənin 7 şəhərində qeyd edən Bakcell, son rebrendinq tədbirini Laçında keçirtdi. Bununla şirkət Azərbaycana gətirdiyi innovasiyalar və yeni məhsulları ilə, bütün ölkə əhalisinə davamlı sadiqliyini nümayiş etdirir.

Tədbir zamanı qonaqlar qabaqcıl texnoloji fəaliyyətlərdə iştirak etmək və hədiyyələr qazanmaq imkanı əldə ediblər. Tədbirin diqqət mərkəzində, Bakcell-in yeni dövrünün qəhrəmanı, humanoid robot Ardi olub. Qonaqlar yeniliklərlə dolu əyləncə proqramı, VR və sürət oyunlarında iştirak edib, Ardi ilə interaktiv ünsiyət qurublar.

İnnovasiyaları ilə yeni dövr başladan Bakcell, bütün Azərbaycan ərazisində, xüsusilə də doğma Qarabağa sərmayələrin yatırılması, ölkənin hər bir bölgəsinə yeniliklər, sürət və qabaqcıl texnologiyaların gətirilməsini öndə tutur.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!