“Bakı ilə əlaqələr möhkəmlənməlidir“ - Dövlət başçısı

saytların hazırlanması

Evə çatdırılma

“Bakı ilə əlaqələr möhkəmlənməlidir“ - Dövlət başçısı

Dünya

10 Dekabr 2022 09:40 747


"Azərbaycanla qarşılıqlı fəaliyyəti genişləndirmək və dərinləşdirmək üçün lazımi tədbirləri davam etdirməliyik".

Yenisabah.az Trend-ə istinadla xəbər verir ki, bunu Türkmənistan Prezidenti Sərdar Berdıməhəmmədov ölkənin Nazirlər Kabinetinin geniş iclasında deyib.

"Belarus, Ukrayna, Moldova, Azərbaycan, Ermənistan və Gürcüstanla münasibətlərimiz sabitdir. Bu dövlətlərlə qarşılıqlı fəaliyyətə önəm verərək, əməkdaşlığı yeni məzmunla zənginləşdirməyə çalışırıq. Biz bu ölkələrlə qarşılıqlı fəaliyyəti genişləndirmək və dərinləşdirmək üçün lazımi tədbirləri davam etdirməliyik", - deyə S.Berdıməhəmmədov vurğulayıb. Toyuqlu pizza

Onun sözlərinə görə, Türkmənistan dünyanın müxtəlif dövlətləri ilə parlamentlərarası əlaqələri fəal şəkildə davam etdirməlidir.

"Bu il əldə edilmiş parlamentlərarası əməkdaşlıq təcrübəsi göstərdi ki, parlament diplomatiyasının böyük gələcəyi var. Bu barədə danışarkən Arkadağın Yaponiyaya, Rusiya Federasiyasına, Koreya Respublikasına səfərlərini, o cümlədən Türkiyə və Azərbaycan parlamentləri sədrlərinin ölkəmizə səfərlərini, Aşqabadda keçirilən "Mərkəzi Asiya+Rusiya" I Parlamentlərarası Forumu qeyd etmək lazımdır", - deyə Türkmənistan Prezidenti əlavə edib.

S.Berdıməhəmmədov qeyd edib ki, Türkmənistan Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığı səmərəli şəkildə inkişaf etdirir:

"Ötən ilin noyabrından ölkəmiz TDT-nin fəaliyyətində müşahidəçi statusunda iştirak edir. Həmçinin Türkmənistanda Türk Dövlətləri Təşkilatının müxtəlif tədbirlərinin, o cümlədən yüksək səviyyəli görüşlərin keçirilməsi üçün müvafiq işlər görülməlidir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!