Bakı metrosunda cibgirlik edilib.
Bu barədə "Yeni Sabah"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi və Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 23-də Azadlıq prospektində Bakı şəhər sakini M.Əsgərovun içərisində 300 manat, 1000 ABŞ dolları və sənədlər olan pulqabısını oğurlamaqda şübhəli bilinən paytaxt sakini M.Quliyeva saxlanılıb. Dominos pizza
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız