Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“Bakı və İrəvan arasında dialoqun bərpasını alqışlayırıq“ - Blinken
02 Dek 2021 17:14
419

“Bakı və İrəvan arasında dialoqun bərpasını alqışlayırıq“ - Blinken

"ABŞ Ermənistan və Azərbaycan hökumətləri arasında birbaşa dialoqun bərpasını alqışlayır".

Yenisabah.az xəbər verir ki, bunu dekabrın 2-də Stokholmda ATƏT Xarici İşlər Nazirlərinin görüşündə ABŞ dövlət katibi Entoni Blinken deyib.

“Biz onları (Ermənistan və Azərbaycanı - red.) humanitar məsələlərdə, o cümlədən hərbi əsirlərin qaytarılması, minaların təmizlənməsi, itkin düşmüş şəxslərlə bağlı məsələlərdə irəliləyişə nail olmağa, insan hüquqlarının və beynəlxalq humanitar hüququn iddia edilən pozuntularını ədalətlə araşdırmağa və məsuliyyət daşıyanları məhkəməyə verməyə çağırırıq. Ümid edirəm ki,  hamımız, o cümlədən Rusiya tərəqqi əldə etmək üçün birlikdə işləyə bilərik”, - deyə Entoni Blinken bildirib.

Delimitasiya və demarkasiya məsələlərinə toxunan ABŞ dövlət katibi qeyd edib: “Biz tərəfləri sərhədlərin delimitasiyası və demarkasiyası, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası kimi məsələləri həll etməyə, Dağlıq Qarabağ münaqişəsinin davamlı və sülh yolu ilə həlli üçün Minsk qrupu həmsədrlərinin himayəsi altında işi davam etdirməyə çağırırıq”.

Xatırladaq ki, ATƏT xarici işlər nazirlərinin 28-ci iclasında Azərbaycan və Ermənistanın xarici işlər nazirləri iştirak edirlər. Ermənistan XİN-in mətbuat katibi Vahan Hunanyan Stokholmda Ararat Mirzoyan və Ceyhun Bayramovun görüşünün mümkünlüyünü istisna etməyib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər