Bakıda 07 ağır qəzaya səbəb oldu, “Prado” aşdı -   Video

saytların hazırlanması

Evə çatdırılma

Bakıda 07 ağır qəzaya səbəb oldu, “Prado” aşdı - Video

Kriminal

29 May 2019 13:22 985


Bakıda baş verən dəhşətli yol qəzası təhlükəsiz şəhər kameralarına düşüb. 

Yükdaşıma qaydalarını pozan VAZ 21 07 markalı avtomobil üzərində standartlara uyğun olmayan “baqaj” var. Dəmir və onun üzərinə bərkidilmiş taxta parçası ilə  düzəldilmiş "baqaj" yüksək sürət və küləyin təsirindən avtomobilin üstündən uçaraq yaxınlıqda hərəkət edən “Prado” markalı maşına tərəf gedir. 

“Prodo”nun sürücüsü avtomobili qaçırtmaq istəyəndə digər hərəkətdə olan “Opel” markalı avtomobilin sürücüsü çaşdırır. “Opel” sürücüsü isə idarəetməni itirərək “Proda”ya çırpılır. Nəticədə “Prodo” açaraq yoldan kənara düşür. “Opel” isə yolun ortasında bir neçə dəfə dönərək dəmir arakəsmələrə dəyib dayanır. Dominos pizza

Bütün bunların fonunda hadisəyə əsas səbəbkar olan VAZ 21 07-nin sürücüsü heç nə olmamış kimi yoluna davam edir. 

Avtosfer.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!