Bakıda 1 milyonluq qızıl oğurlayana hökm oxundu

saytların hazırlanması

Evə çatdırılma

Bakıda 1 milyonluq qızıl oğurlayana hökm oxundu

Maraqlı

02 Avqust 2021 22:51 2881


Bakıda qadının mənzillindən 1 milyon manata yaxın dəyəri olan qızılları oğurlamaqda ittiham edilən şəxs hakim qarşısına çıxarılıb.

Yenisabah.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq etməkdə təqsirləndirilən Tural Rəhimlinin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub. Hökmə əsasən, Tural Rəhimli 12 il müddətinə azadlıqdan məhrum edilib. Dominos pizza

Qeyd edək ki, hadisə Bakıda baş verib. Şəhər sakini Zülfiyyə Əliyevanın mənzilindən 1 milyon manatlıq qızıl-zinət əşyaları oğurlanıb. Qadının şikayəti əsasında araşdırma başlanıb. Cinayəti törətməkdə şübhəli bilinən Tural Rəhimli saxlanılıb.

Z.Əliyeva bu işlə bağlı dövlət qurumlarına çoxsaylı şikayətlər ünvanlayıb. Zərərçəkmiş bildirir ki, Tural Rəhimli bu işi tək yox, qardaşları ilə birgə edib./musavat.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!