Bakıda 12 yaşlı qızı qaçırıb evləndilər: Qandonduran təfərrüat 

saytların hazırlanması

Evə çatdırılma

Bakıda 12 yaşlı qızı qaçırıb evləndilər: Qandonduran təfərrüat 

Sosial

16 Aprel 2024 16:03 1446


Bakıda 12 yaşı olarkən Ülkər adlı qız ərə verilib. Onun 13 yaşında övladı dünyaya gəlib. 

Yenisabah.az bildirir ki, bu barədə o, Baku.ws-ə danışıb. Hazırda 25 yaşı olan Ülkərin iddiasına görə, 4 ildir övladını ona göstərmirlər. 

"12 yaşım olanda məni qaçırdılar. Həmin vaxt 119 saylı orta məktəbin şagirdi idim. Məni istəmişdilər, "hə" məclisi olmuşdu. Lakin anam yaşımın tamam olmasını istəmişdi. Amma Oqtay Ələkbər oğlu Hüseynov dörd aydan sonra məni qaçırdı. O, Biləsuvarda yaşayırdı, Türkanda işləyən vaxt məni görmüşdü.  Dominos pizza

Mənim oxuyub həkim olmaq kimi arzularım var idi. Amma hamısı ürəyimdə qaldı. 

Məni paltar almaq adı ilə aldadıb qaçırdı. Biləsuvara gətirəndə anası və atası ona dedi ki, haradan götürmüsənsə, apar qaytar yerinə. Oğlan cavab verdi ki, daha gətirmişəm və aparmayacağam. Sonra oğlan toyu oldu. Toydan 4-5 ay sonra hamilə oldum. Sonra övladım 8 aylığında doğuldu. Xəstəxanada mənim neçə yaşımın olmasını gizlətdilər. Məni qayınatam da, qayınanam da döyüblər", - deyə 12 yaşında qaçırılan Ülkər bildirib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!