Bakıda 16 yaşlı məktəbli sevgilisinə qoşulub qaçıb - RƏSMİ AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Bakıda 16 yaşlı məktəbli sevgilisinə qoşulub qaçıb - RƏSMİ AÇIQLAMA

Hadisə

25 Oktyabr 2024 09:47 1221


Daxili İşlər Nazirliyi Bakıda məktəbli qızın qaçırılaraq Cəlilabada aparılması məsələsi ilə bağlı açıqlama yayıb.

“Yeni Sabah” xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Oxu.Az-a bildirilib ki, məsələ polis əməkdaşları tərəfindən nəzarətə götürülüb:

"Nikahla əlaqəli heç bir mərasim keçirilməyib. 16 yaşı tamam olmuş yeniyetmə izahatında heç bir təsirə və təzyiqə məruz qalmadan Cəlilabad rayonunda yaşayan qohumunun evinə getdiyini bildirib. Pepperoni pizza

Araşdırma aparılır, müvafiq tədbirlərin görülməsi təmin ediləcək".

Bildirək ki, Bakıda məktəbli qız qaçırılıb. Bu barədə Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişində danışılıb. Qaçırılan 16 yaşlı yeniyetmə Cəlilabada gətirilib. Qızın sözlərinə görə, qaçması üçün valideynlərinin razılığı olub:

"Anamın əmisi oğludur, oğlan özü qaçırıb, hazırda Bakıya işləməyə gedib. Məktəbdən çıxmaq mənim qərarımdır. Burada sevgilimin anası və atası ilə birgə yaşayıram. Valideynlərim də məlumatlıdırlar",- deyə o bildirib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!