Rəşid Məmmədəliyev medal qazana biləcək?   - Həlledici görüş olacaq

saytların hazırlanması

Evə çatdırılma

Rəşid Məmmədəliyev medal qazana biləcək? - Həlledici görüş olacaq

İdman

09 May 2026 15:33 143


Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev (73 kq) Qazaxıstanın paytaxtı Astanada keçirilən "Böyük Dəbilqə" turnirində bürünc medal uğrunda yarışacaq.

"Yeni Sabah" xəbər verir ki, 1/8 finalda qazaxıstanlı Yersultan Duysenxanı məğlub edən cüdoçu 1/4 final mərhələsində özbəkistanlı Nizomeddinxujo Toşpulatovdan üstün olub.

Rəşid yarımfinalda Fabio Basileyə uduzub. Onun bürünc medal uğrunda yarışdakı rəqibi Monqolustan cüdoçusu Anxzaya Lavjarqal olacaq. pizza sifarişi

70 kq çəki dərəcəsində yarışan Südabə Ağayeva isə 1/8 finalda almaniyalı Miriam Butkereytə uduzub.

Xatırladaq ki, "Böyük Dəbilqə" turniri mayın 10-da başa çatacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!