Bakıda 170 minlik “iPhone” “atan” şəxsin aqibəti

saytların hazırlanması

Evə çatdırılma

Bakıda 170 minlik “iPhone” “atan” şəxsin aqibəti

Kriminal

21 Noyabr 2024 12:42 827


Bakıda dələduzluqda təqsirləndirilən Ramin Ağayevin barəsindəki qərardan kassasiya şikayəti verilib.

Yenisabah.az pravda.az-a istinadla xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi Ələsgər Novruzovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin baxış iclası hələlik açıqlanmayıb. Dördpendirli pizza

İttihama görə, Ramin Ağayev iş üzrə zərərçəkmiş olan 6 tanışına özünü işgüzar şəxs kimi təqdim edib, onlara “iPhone 14 Pro Max” markalı mobil telefonlar alıb ona verdikdən sonra baha qiymətə sataraq gəlir əldə edəcəklərinə inandırıb. O, 2023-cü ildə müxtəlif vaxtlarda zərərçəkmişlərin ümumilikdə 176 000 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramin Ağayev 4 il 11 ay 25 gün müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs olunub.

Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirmədən saxlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!