Bakıda 2 nəfər özünü binadan atdı 

saytların hazırlanması

Evə çatdırılma

Bakıda 2 nəfər özünü binadan atdı 

Hadisə

30 Aprel 2024 09:31 683


Bakıda iki intihar hadisəsi baş verib. 

Yenisabah.az xəbər verir ki, hadisələrdən biri Nərimanov rayonu F.X.Xoyski küçəsində qeydə alınıb. 

Belə ki, sözügedən küçədəki 16 mərtəbəli binada yaşayan 1987-ci il təvəllüdlü Baba Mahmudov özünü 11-ci mərtəbədən atıb. Özünü yaşadığı mənzilin mətbəxindən atan 37 yaşlı kişi hadisə yerində ölüb.  pizza hut

Oxşar hadisə Nizami rayonu Q.Qarayev prospektində də baş verib. 1967-ci il təvəllüdlü Leyli Babakişiyeva özünü yaşadığı binanın 8-ci mərtəbəsindəki mənzildən atıb. O, hadisə yerində dünyasını dəyişib. 

Hər iki hadisə ilə bağlı araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!