Bakıda 2 yaşlı körpə 3-cü mərtəbədən düşdü

saytların hazırlanması

Evə çatdırılma

Bakıda 2 yaşlı körpə 3-cü mərtəbədən düşdü

Hadisə

16 İyul 2021 01:07 956


Bakıda azyaşlı yıxılaraq ağır xəsarət alıb.

Yenisabah.az xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 2019-cu il təvəllüdlü Abdinov Zeynal Anar oğlu ehtiyatsızlıqdan yaşadığı binanın 3-cü mərtəbəsindən yerə yıxılaraq müxtəlif dərəcəli xəsarətlər alıb. Toyuqlu pizza

Körpə təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Müayinə zamanı ona qapalı kəllə-beyin və bədəninin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.

Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib. Komatoz vəziyyət müşahidə olunur./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!