Bakıda ananın iki yaşlı oğlunu yemək yedirtmək üçün pəncərədə oturtması ölümlə nəticələnib.
Yenisabah.az xəbər verir ki, hadisə mayın 6-sı, saat 13 radələrində Sabunçu rayonunda baş verib.
Anası iki yaşlı oğlu Kamil Abdullazadəni yaşadıqları fərdi yaşayış evinin ikinci mərtəbəsində otağın pəncərəsində oturdaraq yemək yedizdirib. Sezar pizza
Bu zaman ani olaraq uşaqdan diqqətini ayırması nəticəsində iki yaşlı Kamil pəncərənin qoruyucu toruna tərəf əyilib və müvazinətini itirərək, pəncərədən evin həyətinə yıxılıb.
Valideynləri onu 3 saylı şəhər klinik xəstəxanasına aparıb və iki yaşlı Kamilə ilkin tibbi yardım göstərilsə də, həmin gün saat 21 radələrində xəstəxanada vəfat edib.
Faktla bağlı araşdırma aparılır./Qafqazinfo
Telegram kanalımız