Bakıda 20 min ev ipoteka ilə alınıb – 6 ayda

saytların hazırlanması

Evə çatdırılma

Bakıda 20 min ev ipoteka ilə alınıb – 6 ayda

Sosial

26 İyul 2023 07:02 511


Bu ilin ilk 6 ayı ərzində Bakıda ümumilikdə 20 min 93 ipoteka müqaviləsi bağlanılıb ki, bu da ölkə üzrə ümumi göstəricinin 51,4 faizini təşkil edir.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, Bakıdan sonra ən çox ipotekanın dövlət qeydiyyatı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 4 saylı Abşeron (5471 müqavilə), 2 saylı Sumqayıt (2060 müqavilə), 5 saylı Xaçmaz (2026 müqavilə) və 3 saylı Gəncə ərazi idarələrində (1773 müqavilə) aparılıb. Bu, həmin bölgələrdəki iqtisadi aktivliyin göstəricilərindən biri kimi də qiymətləndirilə bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!