Bakıda 22 yaşlı fəhlə liftlə tavan arasında qalıb öldü

saytların hazırlanması

Evə çatdırılma

Bakıda 22 yaşlı fəhlə liftlə tavan arasında qalıb öldü

Hadisə

22 Yanvar 2020 08:01 1283


Bakıda fəhlə faciəvi şəkildə ölüb.

"Yeni Sabah"ın xəbərinə görə, hadisə yanvarın 21-də, saat 12 radələrində, paytaxtın Nizami rayonu, H.Əliyev prospekti, 115 ünvanında yerləşən yaşayış binasında qeydə alınıb.

Belə ki, “İKMA Services” MMC tərəfindən lift quraşdırılması zamanı həmin şirkətdə quraşdırıcı işləyən 1998-ci il təvəllüdlü Musa Dəmirov liftin hərəkət etməsi nəticəsində şaxtada liftlə tavanın arasında sıxılaraq ölüb. pizza

Faktla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!