Bakıda 24 yaşlı qız 3-cü plastik əməliyyatda öldü

saytların hazırlanması

Evə çatdırılma

Bakıda 24 yaşlı qız 3-cü plastik əməliyyatda öldü

Hadisə

12 May 2020 10:15 1124


Bakıda 24 yaşlı qız plastik əməliyyat zamanı ölüb.

Yenisabah.az-ın Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, hadisə mayın 11-i “Baku Medical Plaza”da baş verib. 1996-cı il təvəllüdlü Turanə Musazadə klinikaya müraciət edərək xarici görünüşündən narazı olduğunu bildirib. O, müayinə edilərək əməliyyata alınıb. T.Musazadə plastik cərrahiyyə əməliyyatı zamanı vəfat edib.

Hüquq-mühafizə orqanları tərəfindən meyitə baxış keçirilib, məhkəmə tibb ekspertizası təyin edilib. Məlumata görə, T.Musazadə bundan öncə də 2 dəfə plastik əməliyyat keçirib. Toyuqlu pizza

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!