Bakıda 26, rayonlarda 29 dərəcə - Sabahın HAVA PROQNOZU

saytların hazırlanması

Evə çatdırılma

Bakıda 26, rayonlarda 29 dərəcə - Sabahın HAVA PROQNOZU

Sosial

27 Oktyabr 2023 12:28 642


Milli Hidrometeorologiya Xidməti oktyabrın 28-ə dair hava proqnozunu açıqlayıb.

Yenisabah.az xəbər verir ki, sabah Bakıda və  Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi  gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 15-18° isti, gündüz 21-26° isti, atmosfer təzyiqi  760 mm civə sütunu, nisbi rütubət 60-70% olacaq. pizza mizza

Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz, gecə və səhər bəzi rayonlarda duman gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-19° isti, gündüz 24-29° isti, dağlarda gecə 6-11° isti, gündüz 15-20° isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!