Bakının yeni parkları... - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Bakının yeni parkları... - FOTOLAR

Sosial

24 İyun 2022 10:41 2501


Paytaxtın Həsən Seyidbəyli küçəsində istifadəsiz ərazidə salınmış yeni “Çəmbərəkənd” parkı bu il iyun ayının 8-də Prezident cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. 

Bakı Şəhər İcra Hakimiyyətindən “Yeni Sabah”a daxil olan açıqlamada bildirilir ki, sahəsi dörd hektar olan bu parkda sakinlərin mənalı istirahəti və asudə vaxtlarını səmərəli keçirmələri üçün hər cür şərait yaradılıb. 

Parkda estakada üzərində piyadalar üçün 147 metr uzunluğunda körpü salınıb, şəhər mənzərəli iki terras düzəldilib, müasir standartlara cavab verən fəvvarə inşa edilib, ərazidə iaşə obyekti, sanitar qovşaq və inzibati bina tikilib.  Dördpendirli pizza

Parkın ərazisində müasir idman və uşaq əyləncə qurğuları quraşdırılıb, 50 mindən çox müxtəlif növ ağac, kol və güllər əkilib.

Açıqlamada həmçinin Yasamal rayonunda meşə tipli park haqda məlumat verilir. Qeyd olunur ki, dörd hektar ərazini əhatə edən parkın sahəsinin 70 faizi meşə zonasından ibarətdir. 

Bu parkda da insanların asudə vaxtlarını keçirmələri üçün bütün şərait yaradılıb. Sakinlər üçün söhbətgahlar quraşdırılıb, fitnes, əyləncə zonaları yaradılıb, oturacaqlar qoyulub. 

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!