Bakıda 54 yaşlı kişi itkin düşdü   - Onu görsəniz...

saytların hazırlanması

Evə çatdırılma

Bakıda 54 yaşlı kişi itkin düşdü - Onu görsəniz...

Sosial

29 Oktyabr 2021 17:19 537


Bakıda 1967-ci il təvəllüdlü Telman Cəfərov itkin düşüb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumatına görə, onun qohumları Suraxanı Rayon Polis İdarəsinə müraciət edərək bildiriblər ki, həmin şəxs evdən çıxaraq bir daha geri qayıtmayıb. Telman Cəfərov arıq bədən quruluşludur, boyu 162 santimetrdir. Evdən çıxan zaman əynində qara rəngli gödəkçə, qara rəngli şalvar və qara rəngli ayaqqabı olub. Şəkildəki şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102” Zəng Mərkəzinə, həmçinin Suraxanı Rayon Polis İdarəsinə (012) 452-02-02 və 050-433-49-47 nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Qeyd edək ki, Telman Cəfərov 2-cı qrup Çernobıl əlilidir. O, yaşadığı yeri xatırlamaqda və fikirlərini izah etməkdə çətinlik çəkir.  pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!